ElmmetriyaTədqiqat

Google Scholar platformasında qeydiyyat və profil tənzimlənməsi

Google Scholar platformasında profil yaratmaq, fərdi məlumatları tənzimləmək üçün təlimat

Dərc edilib: 2026-01-02Yenilənib: 2026-06-02

Google Scholar platformasında qeydiyyat və profil tənzimlənməsi

Bu təlimat vasitəsilə siz Google Scholar platformasında şəxsi elmi profilinizi yarada, məqalələrinizi əlavə edə və profil tənzimləmələrini həyata keçirə bilərsiniz.

Addım 1: Google Hesabına Giriş və ya Yeni Hesabın Yaradılması

  1. Kompüterinizdə və ya mobil cihazınızda internet brauzerini açaraq gmail.com (və ya google.com) saytına daxil olun.
  2. Mövcud Google (Gmail) hesabınız varsa, məlumatlarınızı daxil edərək sistemə giriş edin.
  3. Google hesabınız yoxdursa:
    • "Hesab yaradın" -> "Özüm üçün" düyməsini sıxın.
    • Adınızı, soyadınızı və istədiyiniz istifadəçi adını (e-poçt ünvanını) qeyd edin.
    • Təhlükəsiz şifrə təyin edib təsdiqləyin, daha sonra "Növbəti" düyməsinə basaraq qeydiyyatı tamamlayın.

Addım 2: Google Scholar Platformasına Giriş və Dil Seçimi

  1. Brauzerdə Google axtarış sistemini açaraq "Google Scholar" yazın və ya birbaşa scholar.google.com ünvanına keçid edin.
  2. İnterfeysin dilini dəyişmək üçün ekranın sol aşağı küncündə (və ya sol menyuda) yerləşən yer kürəsi ikonuna (Dillər bölməsinə) klikləyin və siyahıdan müvafiq dili seçin.

Addım 3: Profil Məlumatlarının Doldurulması

  1. Sol menyudan "My Profile" (Mənim profilim) bölməsinə daxil olun.
  2. Açılan pəncərədə müvafiq sahələri doldurun:
    • Name (Ad, Soyad): Google hesabınızdakı adınız avtomatik görünəcək (ehtiyac olarsa, redaktə edə bilərsiniz).
    • Affiliation (Affiliasiya): Universitetdəki/müəssisədəki vəzifənizi və müəssisənin adını qeyd edin (məsələn: Researcher, Azerbaijan National Academy of Sciences).
    • Email for verification (Təsdiqləmə üçün e-poçt): Korporativ/institusional e-poçt ünvanınızı daxil edin (məsələn: ea@anas.az).
    • Areas of interest (Maraq sahələri): Elmi maraq dairənizi və tədqiqat sahələrinizi qeyd edin (məsələn: Geography).
    • Homepage (Ana səhifə): Təmsil etdiyiniz müəssisənin rəsmi veb-saytının ünvanını daxil edin (məsələn: science.gov.az).
  3. Məlumatları daxil etdikdən sonra "NEXT" düyməsini sıxın.

Addım 4: Məqalələrin Seçilməsi və Əlavə Edilməsi

Sistem avtomatik olaraq adınıza uyğun olan elmi məqalələri axtarıb tapacaqdır.

  1. Siyahıda sizə aid olan məqalələrin qarşısındakı xananı işarələyin.
  2. Vacib qeyd (Gənc tədqiqatçılar üçün): Əgər siyahıda sizə məxsus heç bir məqalə yoxdursa, qeydiyyatı tamamlaya bilmək üçün müvəqqəti olaraq başqa bir məqaləni seçin. Profiliniz yaradıldıqdan sonra həmin məqaləni silib, öz işlərinizi əl ilə əlavə edə bilərsiniz.
  3. Seçimi etdikdən sonra yuxarı sağ küncdəki göy rəngli ox işarəsinə klikləyin.

Addım 5: Profil və Tənzimləmə Parametrləri

Açılan növbəti tənzimləmə pəncərəsində aşağıdakı seçimləri edin:

  • Article updates (Məqalə yenilikləri): İnternetdə yeni məqalələriniz tapıldıqda onların profilə avtomatik əlavə olunması üçün "Apply updates automatically" (Yenilikləri avtomatik tətbiq et) seçimini saxlayın.
  • Profile visibility (Profilin görünürlüyü): Profilinizin digər tədqiqatçılar tərəfindən görünməsi və axtarışlarda tapılması üçün "Make my profile public" (Profilimi ictimai et) xanasını mütləq işarələyin.
  • Follow by email (E-poçt ilə izləmə): Tədqiqat sahənizə aid yeni məqalələr və ya işlərinizə edilən istinadlar barədə bildiriş almaq istəyirsinizsə, müvafiq xanaları işarələyin.
  • Son olaraq "Done" (Hazır) düyməsinə klikləyin.

Addım 6: Profilin İdarə Edilməsi və Redaktəsi

Profiliniz yaradıldıqdan sonra aşağıdakı əməliyyatları yerinə yetirə bilərsiniz:

A. Aid olmayan məqalələrin silinməsi:

  • Əgər qeydiyyat zamanı müvəqqəti olaraq sizə məxsus olmayan məqalə seçmişsinizsə, həmin məqalənin solundakı xananı işarələyin və yuxarıda açılan menyudan "DELETE" (Sil) düyməsini sıxın.

B. Profil şəkilinin əlavə edilməsi:

  • Profilinizin sol hissəsindəki standart profil ikonuna (şəkil yerinə) klikləyin və kompüterinizin yaddaşından müvafiq fotoşəkili seçərək yükləyin.

C. Yeni məqalələrin əl ilə əlavə edilməsi (Add manually):

  1. Məqalələr cədvəlinin yuxarısında, "TITLE" (Başlıq) sözünün sağındakı "+" (əlavə et) işarəsinə klikləyin.
  2. Açılan menyudan müvafiq seçimi edin:
    • Add articles: Axtarış vasitəsilə sistemdə mövcud olan məqalələrinizi tapıb profilinizə əlavə edə bilərsiniz.
    • Add article manually: Əgər məqaləniz sistemdə tapılmırsa, bu düyməni sıxaraq materialın növünü (Journal, Conference, Book, Thesis və s.) seçin. Başlıq (Title), müəlliflər, nəşr tarixi, jurnal adı kimi zəruri məlumatları doldurun və yuxarı sağdakı göy təsdiq (checkmark) düyməsini sıxaraq yadda saxlayın.