ElmmetriyaTədqiqat
Google Scholar profilinə məqalələrin əlavə edilməsi
Google Scholar profilinizə mövcud elmi məqalələrinizi axtarış vasitəsilə və ya sistemdə tapılmayan işlərinizi əl ilə əlavə etmək üçün təlimat
Dərc edilib: 2026-01-02Yenilənib: 2026-06-02
Google Scholar profilinə məqalələrin əlavə edilməsi
Bu təlimat vasitəsilə siz Google Scholar profilinizə elmi işlərinizi axtarış funksiyası ilə qruplar halında və ya sistemdə indekslənməyən məqalələrinizi fərdi şəkildə əl ilə necə əlavə edəcəyinizi öyrənəcəksiniz.
Addım 1: Google Scholar Profilinə Giriş
- İnternet brauzerinizdə scholar.google.com ünvanına daxil olun.
- Sağ üst küncdə yerləşən "Sign in" (Daxil ol) düyməsinə klikləyin.
- Google (Gmail) istifadəçi adınızı və şifrənizi daxil edib "Next" (Növbəti) düyməsini sıxaraq sistemə daxil olun.
- Giriş etdikdən sonra sol üst küncdə yerləşən "My Profile" (Mənim profilim) bölməsinə keçid edin.
Addım 2: Məqalə Əlavə Etmə Menyusu
- Profil səhifənizdəki məqalələr cədvəlinin yuxarısında, "TITLE" (Başlıq) sözünün sağındakı "+" (əlavə et) işarəsinə klikləyin.
- Açılan menyuda üç əsas seçim görəcəksiniz:
- Add article groups (Məqalə qrupları əlavə et)
- Add articles (Məqalələr əlavə et)
- Add article manually (Məqaləni əl ilə əlavə et)
Qeyd: "Add article groups" və "Add articles" funksiyaları mahiyyətcə eyni xüsusiyyətə malikdir.
Addım 3: Mövcud Məqalələrin Axtarış Vasitəsilə Əlavə Edilməsi
Google axtarış sistemində indekslənmiş məqalələri əlavə etmək üçün bu addımı izləyin:
- Menyudan "Add article groups" (və ya Add articles) seçimini edin.
- Açılan axtarış sahəsinə əlavə etmək istədiyiniz məqalənin adını və ya müvafiq açar sözləri yazaraq klaviaturadan "Enter" və ya axtarış düyməsini sıxın.
- Tapılan elmi işlər arasından müəllifi olduğunuz məqaləni tapın və solundakı xananı işarələyin.
- Yuxarı sağ küncdəki mavi təsdiq (checkmark) düyməsinə klikləyərək məqaləni profilinizə əlavə edin.
Addım 4: Məqalələrin Əl ilə Əlavə Edilməsi
Əgər elmi işiniz Google Scholar axtarış sistemində tapılmırsa, onu profilinizə əl ilə əlavə edə bilərsiniz:
- Menyudan "Add article manually" seçimini edin.
- Açılan pəncərənin yuxarı hissəsindən elmi işin növünü seçin (Journal, Conference, Chapter, Book, Thesis, Patent, Court case, Other).
- Müvafiq xanalara məqalə məlumatlarını daxil edin. Bu bölmədə doldurulması vacib olan əsas xanalar aşağıdakılardır:
- Title (Məqalənin adı)
- Authors (Müəlliflər - Ad, Soyad formatında)
- Publication date (Nəşr tarixi - İllər üzrə, məsələn: YYYY/MM/DD)
- Digər xanalar: Journal (Jurnal adı), Volume (Cild), Issue (Buraxılış), Pages (Səhifələr), Publisher (Nəşriyyat).
- Nümunə doldurulma forması:
- Title: Retrospective Analysis of the Initial Results of Economic Reforms in Azerbaijan: Qualitative and Quantitative Assessments
- Authors: Nihad Aliyev
- Publication date: 2020/12/1
- Bütün vacib məlumatları daxil etdikdən sonra yuxarı sağ küncdə yerləşən mavi təsdiq (checkmark) düyməsinə klikləyin. Məqalə uğurla profilinizə əlavə ediləcəkdir.